N-XƏBƏR RADİONU DİNLƏYİN!!!
SÖZ

Xoşbəxtlik axtaran insan - evinin olduğunu bilən, amma onu axtarıb tapa bilməyən sərxoşa bənzəyir… - VOLTER

HAVA PROQNOZU
  • 1 ABŞ dolları USD 1.7001
  • 1 AVRO EUR 2.0152
  • 1 RUS rublu RUB 0.0291
  • 1 Türkiyə lirəsi TL 0.4327
  • 1 İngilis funt sterlinqi GBP 2.2597
  • QIZIL XAU 2196.2913
  • GÜMÜŞ XAG 29.1392
  • PLATIN XPT 1596.5469
  • PALLADIUM XPD 1720.7393

Birja XƏBƏR

“Dəmirin yolu” sənədli filmi nümayişə çıxarılır
Zəngin və maraqlı film layihələri təqdim edən ARB Aranfilm Yaradıcılıq Mərkəzi bu dəfə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 95 illik yubileyi ərəfəsində "Dəmirin Yolu" adlı sənədli film ərsəyə gətirib. Filmdə Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri, həmçinin Azərbaycan prezidenti olduğu dövrlərdə dəmiryoluna göstərdiyi diqqət və qayğı, quruculuq işləri öz əksini tapıb. Adətən dövləti dəmir yolu ilə müqayisə edirlər. Dövlət dəmir relslər üzərinə gətirildi ifadəsi də elə buradan qaynaqlanır. Qeyd edək ki, ilk nümayişi Ümummilli lider Heydər Əliyevin anım günündə ARB televiziyası ilə nümayişi baş tutan "Dəmirin yolu" sənədli filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatorları Habil Yusifli və Rafiq Əliyev, montaj rejissoru Pərviz Səlimov, icraçı prodüseri Nicat Məmmədov, baş prodüseri İqbal Məmmədəliyevdir. "Dəmirin Yolu" filminin məsləhətçisi Xalq artisti Vasif Babayevdir. Filmdə çoxlu sayda foto-kinoxronika materiallarından istifadə edilib.
"Dəmirin Yolu" sənədli filmi 15 dekabr saat 11.00-da Biləcəri qəsəbəsində yerləşən Qamət Abbasov adına 284 saylı məktəbdə nümayiş etdiriləcək.